AZ
Menu
img

“Azəralüminium” MMC tərəfindən Gəncə şəhəri 1 saylı ASAN Xidmət könüllüləri üçün Gəncə Alüminium Kompleksinə maarifləndirici ekskursiya təşkil olunmuşdur

25 May 2025-ci il tarixində “Azəralüminium” MMC tərəfindən Gəncə şəhəri 1 saylı ASAN Xidmət könüllüləri üçün Gəncə Alüminium Kompleksinə maarifləndirici ekskursiya təşkil olunmuşdur. Ekskursiya zamanı təhlükəsizlik qaydaları üzrə təlimat aldıqdan sonra könüllülər müəssisənin ümumi fəaliyyəti və istehsal etdiyi məhsullar ilə tanış olublar. “Azəralüminium” MMC mütamadi olaraq müxtəlif könüllü təşkilatları və təhsil müəssisələrinin tələbələri üçün ekskursiyalar təşkil etməklə Azərbaycanın alüminium sənayesi üzrə maarifləndirmə işləri habelə gənclər tərəfindən bu sahəyə marağı artırmaq üzrə işlər aparmaqdadır.