The heads of the Chinese companies “Wanji” and “Sunstone”, who are on a business visit to Azerbaijan, met with Samad Bashirli, Deputy Minister of Economy, as well as the management of Azerbaijan Investment Holding and its portfolio company, Azeraluminium LLC. The guests were informed about the favorable investment climate in the country, the infrastructure established in industrial zones, and the incentives and support mechanisms offered to investors. It was emphasized that Azerbaijan attaches special importance to the implementation of industry- and technology-oriented projects and is interested in long-term cooperation with foreign investors. During the meeting, the parties discussed the expansion of mutual cooperation and the possibilities for implementing joint projects in the field of aluminum production. It was noted that the China-based “Wanji” company is one of the specialized enterprises in the fields of industry, transport and technological solutions. The company focuses on the development of innovative products and services, increasing the efficiency of production processes, and expanding cooperation in international markets. “Sunstone” specializes in the research, production and sale of carbon materials for the aluminum industry and is currently one of China’s major exporters in this sector.
Çin Xalq Respublikasının “Wanji” və “Sunstone” şirkətlərinin ölkəmizdə işgüzar səfərdə olan rəhbərləri İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, Azərbaycan İnvestisiya Holdinqi və onun idarəetməsində olan “Azəralüminium” MMC-nin rəhbərliyi ilə görüşüb. Qonaqlara ölkəmizdə əlverişli investisiya mühiti, sənaye zonalarında yaradılmış infrastruktur, investorlar üçün təqdim olunan güzəştlər və dəstək mexanizmləri haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan sənaye və texnologiya yönümlü layihələrin reallaşdırılmasına xüsusi önəm verir və xarici investorlarla uzunmüddətli əməkdaşlıqda maraqlıdır. Görüşdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, alüminium istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub. Qeyd edək ki, Çində fəaliyyət göstərən “Wanji” şirkəti sənaye, nəqliyyat və texnoloji həllər sahəsində ixtisaslaşmış şirkətlərdən biridir. Şirkət innovativ məhsul və xidmətlərin inkişafı, istehsal proseslərinin səmərəliliyinin artırılması və beynəlxalq bazarlarda əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyət göstərir. “Sunstone” şirkəti alüminium sənayesi üçün karbon materiallarının tədqiqatı, istehsalı və satışı ilə məşğuldur və hazırda Çinin bu sahədə mühüm ixracatçılarından biridir.
Руководители китайских компаний «Wanji» и «Sunstone», находящиеся с деловым визитом в Азербайджане, провели встречу с заместителем министра экономики Самедом Баширли, а также с руководством Азербайджанского инвестиционного холдинга и находящегося в его управлении ООО «Азералюминиум». Гостям была представлена информация о благоприятном инвестиционном климате в стране, инфраструктуре, созданной в промышленных зонах, а также о льготах и механизмах поддержки, предоставляемых инвесторам. Было отмечено, что Азербайджан придает особое значение реализации проектов промышленной и технологической направленности и заинтересован в долгосрочном сотрудничестве с иностранными инвесторами. В ходе встречи были обсуждены вопросы расширения взаимного сотрудничества и возможности реализации совместных проектов в сфере производства алюминия. Отмечено, что действующая в Китае компания «Wanji» является одной из специализированных компаний в области промышленности, транспорта и технологических решений. Компания осуществляет деятельность по развитию инновационных продуктов и услуг, повышению эффективности производственных процессов и расширению сотрудничества на международных рынках. Компания «Sunstone» занимается исследованиями, производством и продажей углеродных материалов для алюминиевой промышленности и в настоящее время является одним из ведущих экспортеров Китая в данной сфере.