AZ
Menu
img

“Azəralüminium” MMC-nin HİK-də görüş

“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2024-cü il tarixli, 431 saylı Sərəncamına əsasən “ASK” ASC-nin tərkibindəki müəssisələr, o cümlədən “Azəralüminium” MMC - Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmişdir. Sərəncama əsasən “Azəralüminium” MMC istehsal yönümünü dəyişmədən öz fəaliyyətini Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsi altında davam etdirəcəkdir. Bununla da müəssisəmizdə fəaliyyət göstərən ictimai təşkilatların Komitə şəklində formalaşması zərurəti yaranmışdır. “Azəralüminium” MMC-nin Hİ İT-nin iclas protokolunun Qərarı təşkilatın statusu dəyişərək komitəyə çevrilmiş və Komitəyə sədr olaraq maliyyə məsələləri üzrə direktor müavini Cəlal Həbibov seçilmişdir. Azərbaycan Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində (ASÖEYSİHİRK) keçirilən konfransda iştirak edən Cəlal Həbibov ASÖEYSİ Hİ RK-nin sədri Mirkazım Abasovu kollektivlə görüşə dəvət etmişdir. 10 aprel 2025-ci ildə Cəmiyyətin Əməyin mühafizəsi şöbəsində keçirilən görüşdə sədr Mirkazım Abasov müəssisədə həmkarların rolu, işçilərin əmək və iqtisadi hüquqlarının qorunması, sosial güzəştlər və Kollektiv Müqavilənin şərtlərinə əsasən fondun xərclənməsi məsələləri barəsində nitq söylədi. Sədr Mirkazım Abasov “Azəralüminium” MMC-nin yeni seçilmiş sədrinə vəsiqə təqdim etdi və birgə əməkdaşlıqda qarşılıqlı anlaşma şəraitində yüksək səviyyədə qiymtləndiriləcək uğurlar arzuladı. Sonda Əməyin mühafizəsi şöbəsinin rəisi rasim Yusifov yığıncaq iştirakçılarını işçinin ilkin təlimatlandırlması və müəssisədə keçirilmiş təlimlərlə sayt vasitəsi ilə tanış etdi.