AZ
Menu
img

“Ümummilli lider Heydər Əliyevin 102-ci il dönümü münasibəti ilə “Azəralüminium” MMC-nin işçilər arasında keçirilən şahmat yarışının başa çatması münasibəti ilə kollektivlə görüş keçirilmişdir.

07 may 2025-ci il tarixində “Azəralüminium” MMC-nin Həmkarlar İttifaqı Komitəsi sədri Cəlal Həbibovun təşəbbüsü ilə “Ümummilli lider Heydər Əliyevin 102-ci il dönümü münasibəti ilə işçilər arasında keçirilən şahmat yarışının başa çatması münasibəti ilə kollektivlə görüş keçirilmişdir. Dairəvi sistemlə aparılan yarışda ilk üç yeri tutan işçilər təntənəli şəkildə təltif olunauşlar. 1-ci yerin qalibi Müxanika şöbəsinin kompüter operatoru Şəmil Arif oğlu Zeynalov Qalib kuboku, Cəmiyyətin direktoru və HİK Sədrinin imzası ilə Fəxri Fərman və HİK-nin sərəncamında qalan vəsait hesabına 300 manat məbləğində mükafatlandırılmışdır. 2-ci yerin qalibi Nəqliyyat və təminat şöbəsinin rəisi Pərviz İsmayıl oğlu Quliyev Cəmiyyətin direktoru və HİK Sədrinin imzası ilə Fəxri Fərman və HİK-nin sərəncamında qalan vəsait hesabına 200 manat məbləğində mükafatlandırlmışdır. 3-ci yerin qalibi Təsərrüfat sahəsinin rəisi Nadir Nəcməddin oğlu Vəliyev, Cəmiyyətin direktoru və HİK Sədrinin imzası ilə Fəxri Fərman və HİK-nin sərəncamında qalan vəsait hesabına 100 manat məbləğində mükafatlandırlmışdır. “Azəralüminium” MMC-nin Həmkarlar İttifaqı Komitəsi sədri Cəlal Həbibov növbəti mədəni- kütləvi tədbirin 64 xanalı “Klassik DAMA” yarışının keçirilməsi anonsunu vermişdir. Müvafiq təşkilatı hazırlıqlardan sonra yarışın 18 - 28 may tarixlərində - Müstəqillik gününədək başa çatmasına qərar verilmişdir. “Azəralüminium” MMC-nin Həmkarlar İttifaqı Komitəsi İşçilərin mənəvi istirahəti və social rifahı üçün tədbirlərini davam etdirəcəkdir. Aslan Əliyev. 08.05.2025.