“Azəralüminium” MMC-nin hüquq komandası 8 iyul tarixində PwC Azərbaycanın təşkil etdiyi "Merger & Acqusition (hüquqi şəxslərin birləşməsi və alğı-satqısı) Peşəkar Yanaşma: Hüquqi, Maliyyə & Strateji Baxış" adlı seminarda iştirak etmişdir. Tədbirdə M&A əməliyyatlarının növləri, proses və əməliyyat sxemi; M&A əməliyyatında iştirak edən tərəflər, məsləhətçilərin rolu; M&A prosesinə aid olan əsas sənədlər - NDA, niyyət məktubu, şərtlər siyahısı, alğı-satqı müqaviləsi; Əqdin strukturlaşdırılmasının hüquqi baxımdan nəzərdən keçirilməsi; Əməliyyatlar zamanı rəqabət və qanunvericiliyə uyğunluğunun təmin edilməsi mövzuları ətrafında təqdimat keçirilmişdir.