Gəncləri könüllü fəaliyyətə təşviq etmək, onların bilik və bacarıqlarını, təşəbbüskarlığını artırmaq, şəxsi və peşəkar inkişafına təkan vermək məqsədilə “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən həyata keçirilən növbəti “Könüllülük” proqramı çərçivəsində könüllülər üçün “Azəralüminium” MMC-yə infotur təşkil olunub.İnfotur zamanı gənclərə müəssisənin fəaliyyəti, iş prinsipləri və istehsal prosesi ilə yaxından tanış olmaq imkanı yaradılıb.