Tətbiq Sahələri

Avtomobil sənayesi

Alüminium avtomobil sənsində tətbiq olunan əsas materiallardan biri hesab olunur. Avtomobili daha sürətli, iqtisadi cəhətdən səmərəli və ekoloji cəhətdən təhlükəsiz edən unikal xassələrinin sayəsində alüminium istifadə dinamikası davamlı artım nümaiş etdirir.

Qablaşdırma

Yüngüllük, müxtəlif formaları ala bilməsi, korroziyaya davamlılığı, sağlamlıq üçün təhlükəsiz olmağı kimi xüsusiyyətlərə malik olmağı sayəsində, aluminium qablaşdırma sahəsində ən çox tələb olunan metal hesab olunur. Azəralüminium alüminium folqa istehsalında istifadə olunan yerli və xarici bazar üçün xüsusi alüminium ərintilər təklif edir.

Məişət texnikası

Yüngüllük, möhkəmlik, hərarətə davamlılığı kimi xüsusiyyətləri sayəsində alümnium məişət texnikasının istehsalında əsas materillardan biri hesab olunur. Alüminium - soyuducu, paltaryuyan maşın, split sistemləri və s. kimi məişət texnikalarının istehsalında geniş istifadə olunur.

Reklam sahəsi

Alüminium yol nişanları, reklam stendləri, plakatlar və s. reklam məhsullarının hazırlamasında geniş şəkildə təbbiq olunur.  Zamanla təbii faktorların təsiri nəticəsində dağıntıya məruz qalan plastikdən fərqli olaraq, aluminium uzun illər istifadəsi nəticəsində öz davamlığını və ehtibarlığını sübut edib.

Tikinti

Tətbiq sahəsi geniş olan alüminium, tikintidə əvəzolunmaz metal hesab olunur. Azəraluminium tərəfindən istehsal olunan aluminium təbəqələr kompozit panellərin istehsalında, pəncərə içlikləri yerli plastik pəncərə istehsalında, profnastil isə dam örtükləri, hasarlar və digər sahələrdə geniş istifadə olunur. Azəraluminium tərəfindən istehsal olunan məhsullar yerli və xarici bazarlarda yüksək tələbata malikdir

Elektroenergetika

Alüminiumunun malik olduğu yüngül çəki və yüksək elektrik keçiriliciyi sayəsində elektrik xəttlərin və trasformatorların istehsalında ideal metal hesab olunur. Alüminium aşağı sıxlığa və yüksək elektrik keçiriliciyə malik olduğundan, elektroenergetika sahəsində daha çox istifadə olunan metaldır