Missiyamız: Azərbaycan Respublikasının əlvan filiz yataqlarının əsas iqtisadi resurs olaraq istifadəsi, xammalı müxtəlif yarımfabrikat və son məhsullara emal edərək əlavə dəyərin yaradılması, Azərbaycanın metallurgiya sənayesinin inkişafının təmin etmək məqsədi ilə elmi tədqiqat və sənaye sınaqlarının aparılmasıdır. Bizim sosial-iqtisadi missiyalarımızdan biri də regionda yeni iş yerləri yaradarıq, işsizliyin aradan qaldırılmasını təmin etməkdir.
Korporativ idarəetmə modelimiz: Şirkətin davamlı inkişaf yolunda irəlləməsində vacib olan məsuliyyətlərin aydın bölüşdürülməsi və qarşılıqlı şəffaflıq prinsiplərinə əsaslanır. Şirkət olaraq dəyərlərimizlə fəxr edirik: dürüstlük və bütövlük, qarşılıqlı anlaşma və əməkdaşlıq.