Gil-torpaq zavodunun modernizasiyası və yenidən qurulması;

Gəncə Gil Torpaq İstehsalat Sahəsi

1930-1931 -ci ildə Gəncə şəhərində illik 500 ton istehsal gücünə malik olan təcrübi giltorpaq zavodunun layihəsi həyata küçirildi və 1931-ci ilin sonunda Alüminium birliyi tərəfindən təsdiq olunmuşdur. 1933-cü ildə Gəncə təcrübi giltorpaq zavodu istismara verilmişdir. Gəncə gil-torpaq zavodunun tikintisi 1955-ci ildə başlamışdır. 1966-1997-ci illərdə zavodda Daşkəsən Zəylik yataqlarından əldə olunan alunitdən, gil-torpağın istehsalı həyata-keçirilirdi. Göstərilən müddət ərzində 18,4 mln ton alunit filizinin emalı nəticəsində, 2,1 mln. ton gil-torpaq, 0,8 mln. ton gübrə və 4,5 mln. ton sulfat turşusu istehsal(əldə) olunmuşdur.

Gil-torpaq zavodunun modernizasiyası və yenidən qurulması

  • Yeri: Gəncə şəhəri;
  • İstehsal gücü: 480 000 ton;
  • Metallurji keyfiyyətli qumvari gil-torpağın istehsalı;
  • Azərqlüminiumun gil-torpaq istehlak həcmi:
    • 1-ci ildə – 120 min ton;
    • 2-ci ildə – 240 min ton;
    • İstehsal olunan gil-torpağın həcmi daxili istehlak tələbatını ödəyəcək, eyni zamanda daxili və xarici bazarlarda satışa çıxarılmasına imkan yaradacaq. İstehsalatın gəlirliyi müştərilərimizin məhsulumuza olan daim tələbatı ilə təmin olunacaqdır.