Satınalma

Azərbaycan Respublikasının alüminium sənayesində, Azəralüminium bir çox təchizatçıların hədəf şirkətidir.Müəssisənin ehtiyaclarına uyğun olaraq, komandamız yerli və xarici təchizatçlardan məhsulların və xidmətlərin ən yaxşısını əldə etməyə çalışır.Məhsulun və xidmətin keyfiyyəti bizim üçün önəmli faktor olduğu üçün, biz hər zaman ən yaxşı və etibarlı təchizatçıları seçirik.

Xammal məhsullarımız Hollandiya, Almaniya, İtaliya, İspaniya, Çin, Rusiya, Yamayka və Belorusiya kimi ölkələrdən təchiz olunur və onun keyfiyyətinin lazımı səviyyədə saxlanılması üçün son texnologiyalarla təchiz olunmuş anbarlarda saxlanılır. Son məhsulun keyfiyyət səviyyəsini təmin etmək məqsədi ilə, xammal, istehsal prosesinə yönləndirmədən öncə mütəxəssislərimiz tərəfindən müasir tələblərə cavab verən laboratoriyalarımızda analiz olunur.

Daxili qaydalarımıza uyğun olaraq, satınalma prosesi açıq tender, təkliflər və kotirovka sorğularına əsasən keçirilir. Biz satınalma prosesi zamanı şəffaflıq və dürüstlüyə zəmanət veriririk. Bütün proseslər Azərbaycan Respublikasının Dövlət Satınalmaları haqqında Qanunun, Azərbaycan Respublikasının Prezidentinin müvafiq fərmanı və şirkət daxili qaydalarımıza əsaslanır.