Azəraluminium MMC həmçinin yüksək keyfiyyətli boyalı aluminium məhsulların istehsalı üzrə ixtisaslaşır. Boyama müasir texnoloqiyaların tətbiqi ilə həyata keçirilir. Qalınlığı 0.2-1.0 mm, eni 700-1300 mm olan məhsullar (PE, Si-PE, PU, PVDF, ER, Plastizol) bir sıra unikal fiziki-kimyəvi və mexaniki xassələri sayəsində tikinti, montaj işləri ilə yanaşı, həmçinin məişət texnikası, tibbi, ticarət və elektron avadanlıqların istehsalında tətbiq olunur. Yüksək keyfiyyətli boyama, müasir boyama metodları sayəsində nail olunur. Bu cür materiallar istənilən iqlim şəraitdə və mühitdə istifadə oluna bilir.