Gəncə Gil Torpaq İstehsalat Sahəsi

Gəncə Gil Torpaq İstehsalat Sahəsi

1930-1931 -ci ildə Gəncə şəhərində illik 500 ton istehsal gücünə malik olan təcrübi giltorpaq zavodunun layihəsi həyata küçirilib və 1931-ci ilin sonunda Alüminium birliyi tərəfindən təsdiq olunmuşdur. 1933-cü ildə Gəncə təcrübi giltorpaq zavodu istismara verilmişdir. Gəncə gil-torpaq zavodunun tikintisi 1955-ci ildə başlamışdır. 1966-1997-ci illərdə zavodda Daşkəsən Zəylik yataqlarından əldə olunan alunitdən, gil-torpağın istehsalı həyata-keçirilirdi. Göstərilən müddət ərzində 18,4 mln ton alunit filizinin emalı nəticəsində, 2,1 mln. ton gil-torpaq, 0,8 mln. ton gübrə və 4,5 mln. ton sulfat turşusu istehsal olunmuşdur.