Elektroliz Zavodu

Elektroliz Zavodu hər korpusda 84 elektroliz vannası olmaqla iki korpusundan ibarətdir. İlk növbədə bu korpusların hər birində 42 vanna olmaqla iki yarımkorpus tikilib istismara verilmişdir. Korpusda elektrik cərəyanın gücü 240 kA olan elektroliz vannaları quraşdırılıb. Azəralüminiumun elektroliz korpuslarında tətbiq olunan texnologiyanın tərkib hissəsi olaraq Vannalara Qulluq Maşınından istifadə olunur.

Müəssisədə işçilərin sağlamlığının qorunması və ətraf mühitin mühafizəsinə çox önəm verilir. Bu məqsədlə elektoliz zavodunda quru qaz-toz tutma sistemi qurlaşdırılaraq istismara verilmişdir. Bu sistemin əsas avadanlığı reaktolar və xortum tipli süzgəcdən ibarətdir. Quru qaz-toz təmizləmənin hər modulu absorbsiya reaktorları ilə birləşdirilmiş 12 ədəd xortum süzgəcdən ibarət olmaqla 42 ədəd elektroliz vannasına xidmət göstərir.