- Home >
- Davamlılıq >
- Keyfiyyətə Nəzarət >
Keyfiyyətə Nəzarət

Laboratoriyalarımız ən son standartlara cavab verən müasir avadanlıqlarla təchiz edilmişdir. İstehsal prosesinin hər mərhələsində məhsulların keyfiyyəti peşəkar mütəxəssislərimiz tərəfindən xüsusi yoxlanılır, fiziki və kimyəvi laboratoriya analizləri vasitəsilə məhsulların keyfiyyətinə nəzarət edilir. Laboratoriyamız AZS ISO/IEC 170 225:2009 standartı üzrə akkreditasiya olumuşdur. Tətbiq olunan texnologiya, avadanlıqlar, istehsal prosesində istifadə olunan xammal və istehsal olunan son məhsullar ISO 9001:2015 ASTM B 209, ASTM B221, EN15088:2005, ISO 14001:2015, BS OHSAS 18001:2007, ГОСТ 21631-76, ГОСТ 4784-97, ГОСТ 13726-97 beynəlxalq standartların tələblərinə cavab verir. Biz xarici mütəxəssislər və şirkətlərlə qarşılıqlı əməkdaşlıq edərək təcrübəmizi bölüşürük və bunula da işçilərimizin peşəkarlığını, istehsal prosesini və məhsulun keyfiyyət səviyyəsinin yüksəldilməsini təmin edirik.

Tədqiqat və inkişaf işləri
Uzunmüddətli gəlirliliyi və rəqabət qabiliyyətini təmin etmək məqsədilə, Azəraluminium daim innovasiyalar tətbiq edir və yeni məhsulların istehsalı üzərində çalışır. Hal hazırda istehsal prosesində tətbiq olunan texnologiyaların təkmilləşdirilməsi, həmçinin yeni məhsulların istifadəsi üçün tələb olunan texnologiyaların tətbiq edilməsinə dair araşdırmaların aparılmasında və ali təhsil müəssələrdə və orta ixtisas məktəblərdə yeni kadırların hazırlanması və öyrədilməsi məqsədilə, Azəraluminium yerli universitetlərlə əməkdaşlıq edir.