Alüminiumun xüsusiyyətləri
Alüminium möhkəmlik, yüngüllük, korroziyaya davamlılığı, təkrar istifadə oluna bilməsi, müxtəlif formaları alma qabiliyyəti kimi unikal xassələr toplusu sayəsində bir çox sahələrdə istifadə oluna bilir. Tərkibinə müəyyən miqdarda silisium və digər elementlər əlavə edilmiş kommersiya xarakterli alüminium (99,6 % əyyar) - möhkəm və davamlıdır. Alüminium plastikliyi sayəsində kabel və folqa istehsalında istifadə olunur. Alüminium poladdan 3 dəfə yüngül metaldır. Həmçinin yüksək istilik və elektrik keçiriliciyinə malikdir. Alüminium, onun oksidi və hidroksidi qeyri-toksikdir.