Ətraf mühit və Təhlükəsizlik

Bizim məqsədimiz yüksək standartlara cavab verən təhlükəsiz iş şəraitin yaradılması, işçilərin sağlamlığı və əməyin qorunmasına dair tədbirlərin və prosedurların təkminləşdiriləsidir. Bütün işçilərimiz, partnyorlarımız və ziyarətçilərimiz daxili təhlükəsizlək qaydalarına ciddi şəkildə riayət edirlər.

Hər bir işçimizin təhlükəsizliyi və sağlamlığı bizim üçün prioritet məsələ hesab olunur. Biz iş prosesi ilə əlaqədar yarana biləcək risk səviyyəsini minimuma endirməyə çalışırıq. Elektroliz vannalarımız zərərli qazların atmosferə buraxılmasının qarşısını alan xüsusi quru qaz-toz tutma sistemi ilə təchiz edilib. Hər bir işçi xüsusi təlimlər, kurslar keçir və fərdi mühafizə vasitələrilə təmin olunur.

Kompleksin ümumi ərazisi 81,0 hektar, ümumi tikinti altı sahəsi isə 102.000 m² təşkil edir. Kompleksin tərkibinə 4 zavod (Elektroliz Zavodu, Anod Prosesləri Zavodu, Metal Tökmə və Fasiləsiz Yayma Zavodu , Təzyiqlə Emal və Boyama Zavodu, ) və 2 köməkçi sahə (110 kvt-luq və Silisium Düzləndirici Yarımstansiya, Mexaniki Təmir Stansiyası), digər obyektlər daxildir. Əsas enerji təlabatını Mingeçevir Su Elektrir Stansiyaslndan təmin edilir. Həmçinin kompleksin enerji təlabatını zəruri əmsallarda təmin etmək məqsədilə 330 Kv yarımstansiya tikilib istismara verilmışdir.