Xəbərlər

Ukraynanın İnfrastkruktur naziri Vladislav Krikliyin başçılıq etdiyi nümayəndə heyəti Azəralüminium” MMC-yə baş çəkib

Ukrayna Baş Nazirinin müavini, Müvəqqəti İşğal Edilmiş Ərazilərin Yenidən İnteqrasiyası naziri Aleksey Reznikovun rəhbərlik etdiyi hökumət nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Ukraynanın İnfrastkruktur naziri Vladislav Krikliyin başçılıq etdiyi nümayəndə heyəti Gəncə şəhərində olub.Səfər zamanı ukraynalı nazir “Azəralüminium” MMC-nin Gəncə Alüminium Kompleksinə də baş çəkib. Vladislav Krikliy Cəmiyyətin rəhbərliyi ilə görüşüb, həmçinin müəssisənin istehsal imkanları ilə …

Ukraynanın İnfrastkruktur naziri Vladislav Krikliyin başçılıq etdiyi nümayəndə heyəti Azəralüminium” MMC-yə baş çəkib Read More »

RİİB tərəfindən həyata keçirilən “Könüllülük” proqramı çərçivəsində könüllülər üçün “Azəralüminium” MMC-yə infotur təşkil olunub.

Gəncləri könüllü fəaliyyətə təşviq etmək, onların bilik və bacarıqlarını, təşəbbüskarlığını artırmaq, şəxsi və peşəkar inkişafına təkan vermək məqsədilə “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən həyata keçirilən növbəti “Könüllülük” proqramı çərçivəsində könüllülər üçün “Azəralüminium” MMC-yə infotur təşkil olunub.İnfotur zamanı gənclərə müəssisənin fəaliyyəti, iş prinsipləri və istehsal prosesi ilə yaxından tanış olmaq imkanı yaradılıb.

Qərbi Kaspi Universiteti və ASK ASC-nin birgə təşkilatçılığı ilə onlayn əmək yarmarkası keçirilib.

Qərbi Kaspi Universiteti və “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə qarşılıqlı əməkdaşlıq və tələbələrin istehsalat təcrübəsi keçməsi mövzusunda onlayn əmək yarmarkası keçirilib. Əməkdaşlıq çərçivəsində keçirilən məsafədən əmək yarmarkası Universitetin və onun nəzdnindəki Kollecin ixtisasları üzrə təhsil alan tələbə, habelə məzunları üçün nəzərdə tutulub. Əmək yarmarkasında “Azərbaycan Sənaye Korporasiyası” ASC və onun törəmə …

Qərbi Kaspi Universiteti və ASK ASC-nin birgə təşkilatçılığı ilə onlayn əmək yarmarkası keçirilib. Read More »

“Azərbaycan Sənaye Korporasiyası” ASC və “Deloitte & Touche” MMAC arasında müqavilə imzalanıb

“Azərbaycan Sənaye Korporasiyası” ASC, onun törəmə müəssisəsi olan “Azəralüminium” MMC və Almaniyanın “Achenbach Buschhütten” şirkəti arasında Azərbaycan Respublikasında alüminium istehsalının genişlənməsi, istehsal olunan məhsulların satış imkanlarının şaxələndirilməsi və ən son qabaqcıl istehsal texnologiyalarının tətbiq olunması istiqamətində imzalanan ilkin müqaviləyə uyğun olaraq artıq bu yöndə müəyyən işlər icra olunmağa başlayıb. Aparılan işlər çərçivəsində beynəlxalq standartlara uyğun …

“Azərbaycan Sənaye Korporasiyası” ASC və “Deloitte & Touche” MMAC arasında müqavilə imzalanıb Read More »

“Azəralüminium” MMC “Fəxri Diplom” ilə təltif olunub

 “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan  “Azəralüminium” MMC Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının təsis etdiyi “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devzi ilə keçirilən respublika müsabiqəsinin ən yaxşı nəticələrinə görə “Fəxri Diplom” ilə təltif olunub.           Qeyd etmək lazımdır ki, “Azəralüminium” MMC-də əmək şəraiti, əməyin mühafizəsi, təhlükəsizlik texnikası …

“Azəralüminium” MMC “Fəxri Diplom” ilə təltif olunub Read More »

“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin 3 ili tamam oldu

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 06 noyabr 2017-ci il tarixli Fərmanına əsasən yaradılan  “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin 3 ili tamam oldu. Korporasiyanın yaradılması ölkə iqtisadiyyatının gələcək inkişafı istiqamətində atılan mühüm addımlardandır.  Onun fəaliyyətinin  əsas məqsədləri dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, idarəçiliyində olan müəssisələr arasında əlverişli kooperasiya əlaqələri yaratmaq, onlarda qabaqcıl …

“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin 3 ili tamam oldu Read More »

Azəralüminium MMC-də Azərbaycan Texniki Universitetinin tədris filialı açılıb

“Azəralüminium” MMC-nin Gəncə Alüminium Kompleksində Azərbaycan Texniki Universitetinin (AzTU) Metallurgiya və materialşünaslıq fakültəsinin tədris filialı açılıb. Açılış mərasimində AzTU-nun rektoru Vilayət Vəliyev, “Azəralüminium” MMC-nin direktoru Maksim Cavadov, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə, universitetin və kompleksin nümayəndələri iştirak edib. Bildirilib ki, Gəncədə AzTU-nun tədris filialının açılması bu bölgədə metallurgiya sahəsində kadr hazırlığının inkişafına …

Azəralüminium MMC-də Azərbaycan Texniki Universitetinin tədris filialı açılıb Read More »

Azəralüminium, Aİ Azərbaycandakı Nümayəndəliyi və AHK Azərbaycan nümayəndələri arasında görüş keçirilib.

Noyabr ayının 14-ü Azəralüminium, Avropa İttifaqının (Aİ)  Azərbaycandakı Nümayəndəliyi və Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) nümayəndələri arasında görüş keçirilib. Görüş zamanı” Azəralüminium”un İstehsalat üzrə Direktor müavini Oqtay Rəfiyev qonaqlarımıza müəssəmizin fəaliyyəti, məhsullarımız və gələcək layihələrimiz haqqında geniş məlumat verib, həmçinin məhsullarımızın Avropa ölkələrinə və ABŞ-a ixracaatını daha da genişləndirərək, Avropa və ABŞ ilə ticarı …

Azəralüminium, Aİ Azərbaycandakı Nümayəndəliyi və AHK Azərbaycan nümayəndələri arasında görüş keçirilib. Read More »

“Azəralüminium” MMC-nin rəhbər heyəti XXXVİ Beynəlxalq İCSOBA Konfransında iştirak ediblər

“Azəralüminium” MMC-nin rəhbər heyəti, İstehsal Sahələrinin Birləşmiş Müdirliyinin direktoru Oqtay Rəfiyev, Gəncə Alüminium Kompleksinin rəhbəri Cəmil Səfərov və Satınalma Departamentinin direktoru Novruz Aslanov Rusiyanın Krasnoyarsk şəhərində keçirilən “Əlvan metal və minerallar” XI Beynəlxalq Konqres və Sərgisi və XXXVİ Beynəlxalq İCSOBA Konfransında iştirak ediblər. Tədbirdə mövcud və yeni əməkdaşlıq əlaqələrininin qurulması və möhkəmlənməsinə dair işgüzar danışıqlar …

“Azəralüminium” MMC-nin rəhbər heyəti XXXVİ Beynəlxalq İCSOBA Konfransında iştirak ediblər Read More »