“Azəralüminium” MMC-nin rəhbər heyəti XXXVİ Beynəlxalq İCSOBA Konfransında iştirak ediblər

“Azəralüminium” MMC-nin rəhbər heyəti, İstehsal Sahələrinin Birləşmiş Müdirliyinin direktoru Oqtay Rəfiyev, Gəncə Alüminium Kompleksinin rəhbəri Cəmil Səfərov və Satınalma Departamentinin direktoru Novruz Aslanov Rusiyanın Krasnoyarsk şəhərində keçirilən “Əlvan metal və minerallar” XI Beynəlxalq Konqres və Sərgisi və XXXVİ Beynəlxalq İCSOBA Konfransında iştirak ediblər.

Tədbirdə mövcud və yeni əməkdaşlıq əlaqələrininin qurulması və möhkəmlənməsinə dair işgüzar danışıqlar aparılıb, müxtəlif mövzularda çıxış edən mütəxəssislərin məruzələri dinlənilib. Həmçinin səfər çərçivəsində nümayəndələrimiz Açinsk giltorpaq kombinatı, Sayanoqorsk alüminium zavodu və Krasnoyarsk alüminium zavodununda təşkil olunan ekskursiyalarda iştirak edərək müəssələrin fəaliyyəti ilə tanış olublar.