Azəralüminium MMC-nin əməkdaşları “Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit” təlimi üzrə sertifikatlarla təltif olunublar.

Azəralüminum MMC-nin texkini şöbəsinin bir sıra əməkdaşları, 19-21 may, 2021-ci il tərixlərində, “Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit” üzrə təlim keçib, müvafiq sertifikatlar ilə təltif olunmuşdurlar.

Təlim və qiymətləndirmə təhlükənin müəyyənləşdirilməsi, risklərin qiymətləndirilməsi, kimyavi və toksikoloji təhlükələr, hündürlükdə işləmək, əl ilə işləmək, ilk tibbi yardım, yanğın ilə mübarizə, elektrik təhlükəsizliyi sahələrini əhatə etmişdir.

Təlim “Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin 06.02.2018-ci il tarixli, təsdiq edilmiş Əməyin mühafizəsi, texniki təhlükəsizlik norma və qaydaları üzrə təlim metodikasına əsasən aparılmışdır.