Azəralüminium, Aİ Azərbaycandakı Nümayəndəliyi və AHK Azərbaycan nümayəndələri arasında görüş keçirilib.

Noyabr ayının 14-ü Azəralüminium, Avropa İttifaqının (Aİ)  Azərbaycandakı Nümayəndəliyi və Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) nümayəndələri arasında görüş keçirilib.

Görüş zamanı” Azəralüminium”un İstehsalat üzrə Direktor müavini Oqtay Rəfiyev qonaqlarımıza müəssəmizin fəaliyyəti, məhsullarımız və gələcək layihələrimiz haqqında geniş məlumat verib, həmçinin məhsullarımızın Avropa ölkələrinə və ABŞ-a ixracaatını daha da genişləndirərək, Avropa və ABŞ ilə ticarı əməkdaşlıq əlaqələrinin inkışaf etməsini qeyd edib. Fəaliyyətmizlə tanışlığın davamı olaraq, mütəxəssislərimiz tərəfindən ekskursiya təşkil olunub, qonaqlarımız istehsal prosesi və məhsullarımızla yaxından tanış olublar.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *