Daşkəsən Alunit-Zəylik Mədəni
Daşkəsən - zəngin filiz yataqlarına malik olan, Azərbaycanın mühim rayonudur. Daşkəsənin faydalı qazıntı yataqları qədimi zamanlardan yerli əhali tərəfindən tanınır. Buradakı yataqlar metal və qeyri-metal faydalı maddələrlə zəngindir. Daşkəsən filiz kompleksinə dəmir filiz yataqlarından əlavə olaraq, kobalt və alunit filiz yataqları da daxildir. Burada, 1960-cı ildən istismar olunan, böyük – “Zəylik” alüminium filiz (alunit) yatağı yerləşir. Bu avropanın ən böyük alunit yatağı hesab olunur. Zəylik yatağı, Gəncə alüminium kompleksinin gil-torpaq, kalium gübrələri və soda istehsalında, əsas xammal mənbəyi olub.