Gəncədə həyata keçirilən ölkənin metallurgiya sənayesində ən böyük layihələrdən biri illik istehsal gücü 100,000 ton olan Gəncə Yeni Alüminium Kompleksinin tikintisidir.
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 3 mart 2008-ci ildə təməli qoyulmuş "AZƏRALÜMİNİUM"nin illik istehsal gücü 50,000 ton olan birinci fazasının tikintisi başa çatdırılıb və 1 oktyabr 2011-ci il tarixindən fəaliyyətə başlayıb.
Müasir texnologiyaların tətbiqi xammal və elektrik enerjisinindən daha da səmərəli istifadəni təmin edir. Belə ki, burada 1 ton alüminiumun istehsalına 13,5 min kilovat-saat elektrik enerjisi sərf edilir, bu da hazırda MDB məkanında fəaliyyət göstərən oxşar müəssisələrlə müqayisədə təxminən 6 min kilovat-saat azdır.