• info@azeraluminium.com
  • + 994 22 257 95 63

ALÜMİNİUM KOMPLEKSİNDƏ QURAŞDIRILAN AVADANLIQLAR VƏ ONLARIN TƏTBİQİ

1. Soyuq Yayma Avadanlığı. Bu avadanlıq isti yayma şəraitində istehsal olunmuş 6-10 mm qalınlıqda olan alüminium rulonu soyuq şəraitdə təzyiq altında 0.2 mm-dək yaymaq (incəltmək) üçün nəzərdə tutulmuşdur.

2. Açıb Yenidən Sarıma Avadanlığı. Bu avadanlıq qalınlığı 0.25 - 2.0 mm, eni 800 - 1700 mm olan alüminium rulonu açıb yenidən sarıyaraq üzünü çevirmək və kənarlarını kəsmək üçün nəzərdə tutulub

3.Termiki Emal Sobaları. Alüminium rulonun müxtəlif nöqtələrini eyni dərəcədə qızdıraraq alüminium lövhənin emal göstəricilərini, elastikliyini artırmaq və üzərindəki yağ təbəqəsini aparmaq üçün nəzərdə tutulub.

4. Dartıb Düzləndirmə Avadanlığı. Yüksək tələblər üçün istehsal olunacaq alüminium rulonlar bu avadanlıqda açılaraq dartılıb səthi düzləşdirilir, yuyulub təmizlənir və kənarları kəsilir.

5. Eninə Kəsmə Avadanlığı. Bu avadanlıq qalınlığı 0.3-3.0 mm, eni 1000 - 1700 mm olan alüminium rulonu açaraq, lövhəsini en istiqamətində kəsmək və kəsilmiş lövhələri üst-üstə yığmaq üçün nəzərdə tutulub.

6. Uzununa Kəsmə Avadanlığı. Bu avadanlıq qalınlığı 0.2-2.0 mm, eni 1000 - 1700 mm olan alüminium rulonu açaraq, onu 20 - 1650 mm enində uzununa kəsmək üçün nəzərdə tutulub.

7. Boyama Xətti. Boyama Xətti, qalınlığı 0.2-1.0 mm, eni 700 - 1300 mm olan alüminium rulon açılaraq, kimyəvi təmizləmə, müxtəlif boyama avadanlıqları və sobalardan keçirilərək yüksək keyfiyyətdə boyanmış alüminium lövhə istehsalı üçün nəzərdə tutulub.